Sabunçu rayonunda fəaliyyət göstərən zavoddan havaya tüstünün yayılması ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntü Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Viral.az-ın məlumatına görə, Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı həmin müəssisənin “17 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodu olduğu müəyyən edilib. Zavodda təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya tüstünün yayıldığı məlum olub.
Son Yazılar:
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
Faktla bağlı MMC-yə məsul şəxs Elşad Həsənov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda, filtrlərin vaxtında dəyişdirilməsi üçün məcburi göstəriş verilib.