Ukrayna ordusu hərəkətə keçdi – Kurskda vacib körpünü dağıtdı

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Seym çayı üzərindəki körpünü dağıdıb, keçidə Amerika istehsalı olan bir neçə “Himars” raketi atıb.

Viral.az xəbər verir ki, bu barədə vilayət qubernatorluğunjn “Telegram” kanalında məlumat verilib. 

“Seym çayı üzərindəki körpü Ukrayna Silahlı Qüvvələri tərəfindən dağıdılıb”, – məlumatda deyilir.

Son Yazılar:

Bildirilib ki, Ukrayna hərbçiləri Qluşkovski rayonunun Zvannoye kəndindəki körpünü də atəşə tutub.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri bununla da Qluşkovski rayonunun Seym çayı boyunca bir hissəsinin ələ keçirilməsi planını həyata keçirmək üçün hərəkətə keçib.

Qeyd olunur ki, hazırda rayonun bəzi kəndləri ilə əlaqə kəsilib – bunlar Tetkino, Popovo-Lejaçi, Volfino və 27-yə yaxın başqa yaşayış məntəqəsidir. İndi mülki əhalini yalnız su ilə təxliyə etmək mümkündür.

(redaktor.az)