Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun növbəti görüşü keçirilib.
Viral.az xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan matçda “Neftçi” “Sabah”la qarşılaşıb.
Oyun “bayquşlar”ın 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. 54-cü dəqiqədə Amin Seydiyev penalti zərbəsindən hesabı açıb. 76-cı dəqiqədə isə Coy Lens Mikels qarşılaşmada son nöqtəni qoyub.
Son Yazılar:
- Məktəblilərin qida rasionu necə olmalıdır?
- Gözləriniz qurudursa, nə etmək LAZIMDIR?
- Pomidorun bu qədər faydalı olduğunu bilirdiniz?
Qeyd edək ki, turun digər görüşlərində “Turan Tovuz” “Kəpəz”ə 3:0, “Sumqayıt” isə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” qarşılaşmaları təxirə salınıb.