İspaniyada yaşayan dünyanın ən yaşlı insanı, ABŞ-də doğulmuş və iki dünya müharibəsi, İspaniya vətəndaş müharibəsi, 1918-ci il qrip pandemiyası və COVID-19 pandemiyasının şahidi olmuş Mariya Branyas Morera 117 yaşında vəfat edib.
Viral.az xəbər verir ki, bu barədə onun ailəsi “X” sosial şəbəkəsində məlumat verib.
“Mariya Branyas bizi tərk etdi. O, istədiyi kimi, yəni yuxuda və heç bir ağrı çəkmədən vəfat edib”, – məlumatda bildirilib.
Son Yazılar:
- Qəzzada ölənlərin sayı 44 mini ÖTDÜ
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
- Yaşlı qadın küçədə Zaura elə söz dedi ki…
Branyasın ölümündən sonra dünyanın ən yaşlı insanı 23 may 1908-ci ildə anadan olmuş yapon qadın Tomiko İtukadır. Hazırda onun 116 yaşı var.