Babəkdə Qaz-53 yandı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonunun Şıxmahmud kəndində “Qaz-53” markalı yük avtomobilindəki ot bağlamalarının yanması barədə məlumat daxil olub.

Viral.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində 6035 kiloqram ot bağlaması və avtomobilin yük hissəsi yanıb, şinləri və digər hissələri, həmçinin vətəndaşa məxsus 1 mərtəbəli fərdi yaşayış evi yanğından mühafizə olunub.

Son Yazılar: