Mercedes aşdı, ölən və yaralananlar var

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Axşam saatlarında rayonun Təzəkənd kəndi ərazisində qeydə alınmış hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Viral.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, avqustun 20-də saat 19 radələrində İsmayıllı rayonu ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məsarif Rüstəmov həlak olub, digər 3 nəfər – Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Son Yazılar: