Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı KEÇİRDİ

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 21-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Bu barədə Viral.aza Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 244 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 18 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Son Yazılar:

“Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib”,- məlumatda qeyd olunub.