Almaniya hərbi kazarmalarda təhlükəsizliyi artırdı

Almaniya ordusu naməlum şəxslərin əraziyə soxulması cəhdləri səbəbindən hərbi kazarmalarda təhlükəsizliyi artırıb.

Viral.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri mənbələrə istinadla məlumat yayıb.

“Kazarmalara qurğuları hasarlarını diqqətlə yoxlamaq və boşluqların olub-olmaması və xüsusilə gecə saatlarında onlara ciddi nəzarət etmək əmri verilib. Komandirlər həmçinin əsgərlərinə təhlükəsizlik zonalarında icazəsiz şəxslərə qarşı ayıq-sayıq olmağı və hər hansı şübhəli hadisə barədə dərhal məlumat verməyi tövsiyə ediblər”, – məlumatda qeyd olunub.

Son Yazılar:

Qeyd edək ki, bir müddət öncə Köln-Vandakı Hərbi Hava Qüvvələri kazarmasının texniki işçisi su nasos stansiyasının yaxınlığında naməlum şəxs görüb. Bu fakt sudan zəhərlənmə ehtimalı ilə bağlı şübhələri artırıb.