Azərbaycana bu tarixdə qrip əleyhinə vaksinlər gətiriləcək

Bu ilin sentyabr-oktyabr aylarında Azərbaycana qrip əleyhinə vaksinlər gətiriləcək.

Viral.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Qeyd edək ki, Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçirilir. Ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.

Son Yazılar: