Pezeşkianın nazirləri təsdiqləndi – aralarında qadın da var

İranda Fərzanə Sadiqi yollar və şəhərsalma naziri təyin edilib.

Viral.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, İran parlamenti onun bu vəzifəyə təyin edilməsini təsdiqləyib.

Fərzanə sadiqi İranda bu vəzifəni tutan ilk qadındır.

Son Yazılar:

Qeyd edək ki, İran parlamenti Prezident Məsud Pezeşkianın təklif etdiyi bütün nazirləri təsdiqləyib.

Pezeşkian öz kabinetini müdafiə edərkən son çıxışında vurğulayıb ki, İranın ali dini lideri Əli Xamenei və ölkənin kəşfiyyat orqanları artıq siyahıya razılıq veriblər. // Redaktor.az