Avqustun 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Viral.az news.am-a istinadla xəbər verir ki, Ermənistan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı Mirzoyan həmkarını İran Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni mühüm missiyasının icrasında uğurlar arzulayıb.
Həmsöhbətlər Ermənistan və İran arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələləri müzakirə edərək, hər iki tərəfin qarşılıqlı maraq doğuran sahələrdə dostluq əlaqələrinin və güclü tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün səy göstərməyə hazır olduğunu vurğulayıblar.
Son Yazılar:
- DİM həqiqi hərbi xidmətə qəbul olmaq istəyən vətəndaşlar üçün müsabiqə elan ETDİ
- Xüsusi təyinatlı təhsil müəssisələri ilə bağlı qaydalar TƏSDİQLƏNDİ
- Əli Əsədov mühüm qərar İMZALADI
Mirzoyan vurğulayıb ki, Ermənistan tərəfi İranın Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı qəti mövqeyini yüksək qiymətləndirir.
(redaktor.az)