Avqustun 24-ü saat 10:00 olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Zaqatalada 18 mm, Sarıbaşda (Qax) 16 mm, Balakəndə 15 mm, Xınalıq, Xaçmaz, İsmayıllı, Yevlax, Mingəçevir, Sabirabad, Şəki, Xaltan, Qusarda 2 mm-dək olub.
Öncədən xəbər verildiyi kimi sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Culfada 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib.
Son Yazılar:
- Türkiyədə uçuşlarda fasilələr YARANDI
- 790 min manat pul AYRILDI
- “Yoldaşım evə gələn kimi deyirəm ki…”: Aysun ailəsindən DANIŞDI
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR -da 40, aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti qeydə alınıb.