Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək.
Cüdo Federasiyasından Viral.az-a verilən məlumata görə, ölkəmiz 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunacaq.
Yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərovun rəhbərliyi altında yarışda Bahadır Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (90 kq) mübarizə aparacaq.
Son Yazılar:
- Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir – Canlı
- Azərbaycanda “UFO”lar GÖRÜLDÜ! – VİDEO
- Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə EDİLİR
Qeyd edək ki, 49 ölkədən 405 idmançının qatılacağı turnir avqustun 28-dən 31-nə qədər keçiriləcək.