Sosial şəbəkələrdə “Kontakt Home” mağazalar şəbəkəsinin bağlanması iddiaları yayılıb.
Viral.az metbuat.az-a istinadən bildirir ki, son günlərdə şirkətin Bakıdakı bir neçə filialının bağlanması müştərilərdə də narahatlıq yaradıb və onlar kreditlərinin taleyinin necə olacağını düşünürlər.
“Kontakt Home”mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmova bildirdi ki, yayılan iddialar əsassızdır:
Son Yazılar:
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşımada kəskin ARTIM
- İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür
- COP29-da İtki və Zərər Fondunun tam fəaliyyəti ilə bağlı qərar qəbul OLUNDU
“İlin əvvəlindən Azərbaycan üzrə 6 yeni mağazamız fəaliyyətə başlayıb, il sonunadək isə daha bir neçə mağazanın açılışı gündəmdədir. Bizim üçün müştərilərin alış-veriş rahatlığı ən əsas prinsiplərdəndir. Ona görə də ünvan olaraq onlara ən uyğun yerlərdə fəaliyyətimizi davam etdirməyə çalışırıq. Hazırda fəaliyyətini dayandıran mağazaları daha böyük və müştərilərimizin gediş-gəlişi üçün daha rahat yeni mağazalarımız əvəz edir. Ona görə, bu tip şaiyələrin hər hansı əsası yoxdur. Əksinə, Azərbaycanın bütün regionlarında satış nöqtələrimizin açılması hədəfdədir”.