Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə 2 mindən artıq yer 3 ildir seçilmir.
Viral.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2 mindən artıq vakant yer var ki, onları üç ildir təqdim edirlər və bir müəllim belə seçmir.
Son Yazılar:
- Hava yenidən soyuyacaq – Qar yağacaq, temperatur 6 dərəcə enəcək
- Sabiq millət vəkili vəfat etdi
- Ailələr “TikTok”-u məhkəməyə VERDİ
“Bu vakant yerlərə əsasən, ucqar rayonlarda olan məktəblər, rus sektorunda olan bəzi fənlər daxildir”, – deyə müdir müavini qeyd edib.
Nurlan İsmayılbəyli bildirib ki, MİQ üzrə müsabiqədə minimum tələbi ödəyən 22 093 nəfər vakansiya seçimində iştirak etmək hüququ əldə edib. Müsabiqəyə 10 592 vakant yer təqdim olunub.
O xatırladıb ki, müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. 26-28 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçimində 39 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.