Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutub.
Bu barədə Viral.az-a MN-dən məlumat verilib.
Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Son Yazılar:
- Köklük, piylənmə 13 növ xərçəngi ARTIRIR
- “Ana olmaqdan özüm imtina etmişəm, həyatım daha vacib idi” – Aparıcı
- Mənə bir də bu barədə sual verməyin
Qeyd olunan istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.