Qəzza zolağında atəşkəslə bağlı ABŞ, Misir və Qətərin iştirakı ilə Dohada keçirilən məsləhətləşmələr nəticəsiz başa çatıb.
Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb
Məlumata görə, avqustun 15-dən etibarən vasitəçilərin Doha və Qahirədə münaqişə tərəfləri ilə məsləhətləşmələr apardığı danışıqların növbəti raundu, güman ki, atəşkəsə nail olmağa və girovların azad edilməsinə imkan verməyəcək. Razılaşmanın əldə olunmasına İsrailin qoşunlarını Filadelfiya dəhlizindən – Misirlə Qəzza zolağının sərhədindəki ərazidən çıxarmaqdan imtina etməsi mane olur. Üstəlik, İsrail tərəfi ömürlük həbs cəzasına məhkum edilmiş 65 fələstinli məhbusun azad olunmasından da imtina edib.
Son Yazılar:
- Naxçıvan MSK-nın sədri vəfat ETDİ
- Azərbaycanın İsveçdəki səfiri qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ
- İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə VERDİ
“İsrailin həll olunmamış məsələlərlə bağlı təkliflərə cavab verməkdən imtina etməsi səbəbindən danışıqlar uğursuzluğa doğru gedir. HƏMAS təsdiq edir ki, hazırkı formada aparılan danışıqlar razılığa gətirib çıxarmayacaq”, – telekanal hərəkat nümayəndəsinin sözlərindən sitat gətirir.