“Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024-ə hazırlıq səbəbindən 31 avqust saat 08:00-dan etibarən axşam saatlarınadək Xəqani küçəsi Bülbül prospekti kəsişməsindən Puşkin kəsişməsinə qədər nəqliyyata məhdudiyyət tətbiq olunacaq.
Viral.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Eyni zamanda, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti kəsişməsindən Əziz Əliyev Neftçilər prospekti kəsişməsinə qədər olan hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Son Yazılar:
- Bakıda müğənni bıçaqlandı – Yenilənib
- Bakı və Sumqayıt üzrə pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
- Almaniya Ukraynaya əlavə 400 milyon avro yardım EDƏCƏK
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.