İlkin nəticələr səsvermə günü gecə açıqlanacaq

Seçkilərdə xoşagəlməz hallar ola bilər.

Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, məntəqədə belə hallar olarsa, yerində qərar çıxartmaq lazımdır:

“Əgər həmin qərardan şikayət olarsa, MSK-da baxılır. Seçicilərin iradəsindən kənar hal baş verərsə, məntəqənin nəticələri ləğv ediləcək. Əgər pozuntular eyni dairədə daha çox qeydə alınsa, ümumilikdə dairənin nəticələri ləğv ediləcək”.

Son Yazılar:

MSK sədri onu da bildirib ki, səsvermə günü gecə ilkin nəticələr elan ediləcək.

O qeyd edib ki, 2 gün müddətində məntəqələrdən səsvermə protokolları MSK-ya çatdırılacaq. Bu zaman artıq ilkin nəticələr rəsmi şəkildə elan ediləcək.

20 gün müddətində səsvermənin nəticələri ilə əlaqədar MSK-ya müraciət etmək olar və bu müraciətlərə baxılacaq. Daha sonra isə müraciətlər məhkəməyə göndəriləcək.