Ermənistan KTMT-dən çıxmağa ehtiyac görmür

Ermənistanın baş naziri Nikol Paşinyan indiki mərhələdə ölkəsinin KTMT-dən çıxmasına ehtiyac görmür.

Viral.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, onlayn mətbuat konfransı zamanı bildirib.

“Biz bütün səviyyələrdə KTMT-də iştirakımızı dondurmuşuq. Hesab edirik ki, belə qərar bu mərhələdə kafidir”, – Paşinyan deyib.

Son Yazılar:

“İndi başqa qərar verməyə ehtiyac yoxdur. Ancaq bu, növbəti mərhələdə belə bir ehtiyacın olmayacağı anlamına gəlmir”, – o vurğulayıb.