Qonşular dava etdi, 3-ü BIÇAQLANDI

Lənkəranda qonşular arasında baş verən davada 5 nəfər xəsarət alıb, onlardan 3-ü bıçaqlanıb.

Viral.az xəbər verir ki, Lənkəran rayonunun Vel kəndində 1957-ci il təvəllüdlü Nərminə Əlişah qızı Hüseynova, 1970-ci il təvəllüdlü Nəzər Ağababa oğlu Hüseynov, 1996-ci il təvəllüdlü Əlişah Nəzər oğlu Hüseynov çəpər qonşuları olan 1980-cı il təvəllüdlü Seymur Möhübbət oğlu Hacıyev və atası 1952-ci il təvəllüdlü Möhübbət Mirzəhüseyn oğlu Hacıyevlə əlbəyaxa olublar. Kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb, 2 nəfər isə xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qonşular arasında baş verən dava toyuq-cücə üstündə yaranıb. Belə ki, qonşuların saxladıqları heyratı xoruzu digərinin həyətinə keçib.

Son Yazılar:

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək. (Apa)