Lənkəranda 3 dairə üzrə 20 namizəd mübarizə aparır

Lənkəranda növbədənkənar parlament seçkilərinə start verilib.

Viral.az APA-ya istinadən xəbər verir ki, Lənkəranda 3 dairə üzrə 20 namizəd mübarizə aparır. 132 seçki məntəqəsi üzrə ümumi seçicilərin sayı 139 166 nəfər təşkil edir. Seçicilərdən 1399 nəfəri ilk dəfə səs verəcək.

Lənkəran rayonunda 3 dairə üzrə 22 məntəqədə veb-kameralar quraşdırılıb. Seçkiləri yerli müşahidəçilərlə yanaşı xarici müşahidəçilər də izləyir.

Son Yazılar:

Qeyd edək ki, ölkənin ən yaşlı seçicisi 134 yaşlı Tamam Əzizova 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatdadır.