Modern.az 15 yaşını qeyd edir

Bu gün Modern.az xəbər agentliyinin yaranma günüdür.

Viral.az xəbər verir ki, saytın fəaliyyətə başlamasından 15 il ötür.

Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Son Yazılar:

Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. Sayt tək Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

Xəbər Agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.

Viral.az Modern.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!