Naxçıvanda saat 10:00-a olan seçici fəallığı 10,81 faiz təşkil EDİB

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə seçici fəallığının saat 10.00-a olan göstəricisi açıqlanıb.

Viral.az “Report”a istinadən xəbər verir ki,  muxtar respublika üzrə saat 10:00-a qədər 31 min 157 nəfər səs verib, seçici fəallığı isə 10,81 faiz olub

Naxçıvan Muxtar Respublikası Ali Məclis seçkilərinə saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, səsvermənin gedişi və nəticələri barədə saat 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.

Son Yazılar:

Qeyd olunub ki, muxtar respublika üzrə seçicilərin ümumi sayı 288 min 356 nəfərdir.