Ağstafada 101 yaşlı Mahu nənə səs verdi

Məlum olduğu kimi, bu gün ölkənin bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkiləri keçirilir.

Viral.az xəbər verir ki, Ağstafa rayonunun ən yaşlı seçicisi Kolaxəlfəli kənd sakini, 101 yaşlı Cəfərova Mahu Vəli qızı səsvermə hüququndan istifadə edərək səs verib. 

Daşınan seçki qutusu ən yaşlı seçicinin yaşadığı ünvana çatdırılıb. 

Son Yazılar:

Həmçinin rayonun ən gənc seçicisi, Dağ Kəsəmən kənd sakini, Bəndiyev Akşin Rafiq oğlu da 108 saylı Ağstafa seçki dairəsi üzrə 38 saylı seçki məntəqəsinə gələrək ilk dəfə olaraq səsvermə hüququndan istifadə edib.