İtkin düşmüş Sevda tapıldı

Bakıda itkin düşmüş 17 yaşlı Şaymuradova Sevda Marat qızı tapılıb.

Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, itkin düşmüş kimi axtarışa verilən yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Son Yazılar:

Xatırladaq ki, S. Şaymuradova evdən təhsil kursuna getmək adı ilə çıxmış və geri dönməmişdi. Ailəsi onun oğurlandığını iddia edirdi.