ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyaraq onu Florida ştatına göndərib.
Viral.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Vaşinqton hesab edir ki, təyyarə ABŞ sanksiyalarından yayınmaqla alınıb. Bu səbəbdən bazar ertəsi ona həbs qoyulub və təyyarə Dominikan Respublikasından Floridaya göndərilib”, – məlumatda deyilir.
Son Yazılar:
- Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə EDİLİR
- Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir
- Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Maduro yenidən ölkə prezidenti seçilib (51,2 % səs ilə rəqibi Qonsalesi (44,2 %) qabaqlayıb – red.).
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin sözlərinə görə, Birləşmiş Ştatlar Maduroya təzyiq göstərmək və onu Venesuelanı demokratiya yoluna qaytarmağa məcbur etmək variantlarını nəzərdən keçirir.