Bakıda polisə silahlı müqavimət göstərən şəxs MƏHV EDİLDİ

Paytaxtın Sabunçu rayonunda narkopritonda silahlı insident olub.

DİN-in Mətbuat Xidmətindən Viral.az-a bildirilib ki, sentyabrın 4-də saat 21 radələrində paytaxtın Sabunçu rayonunda polis əməkdaşları tərəfindən evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirilib.

Əməlliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.

Son Yazılar:

Müəyyən edilib ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məmmədov Akif Zakir oğludur.

Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.