Ermənistanda yeni tədris ilindən etibarən “Rus dili” orta məktəblərdə tədrisi vacib olan dillər siyahısından çıxarılaraq, xarici dil statusuna keçiriləcək.
Viral.az “Sputnik-Armenia”ya istinadən məlumatına görə, bu dəyişiklik tətbiq olunan yeni təhsil standartlarına uyğun olaraq aparılacaq.
Artıq orta ümumtəhsil müəssisələrində sözü gedən dilin tədris saatları azaldılıb. Belə ki, 4-9-cu siniflərdə bu dil həftədə üç, yuxarı siniflərdə isə iki dəfə tədris olunacaq.