Azyaşlını xilas edən maşinist: “Qatarın qarşısına qəfil çıxarkən…”

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yollarının”​ QSC-nin maşinisti dəmir yoluna çıxan körpənin həyatını son anda xilas edib.

Viral.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəncə-Böyük Kəsik yolunda Saloğlu stansiyasının yaxınlığında baş verib. 

Belə ki, təhlükəsizlik üçün yolların diaqnostikasını aparan qatarın maşinisti körpə uşağın relslər üzərində hərəkət etdiyini görüb. 

Son Yazılar:

Qatar dayandırıldıqdan sonra uşaq dəmir yolundan uzaqlaşdırılaraq yaxınlıqda olan anasına təhvil verilib. 

Valideynlə dəmir yolunda uşaqları nəzarətsiz buraxmaması barədə söhbət aparılıb. 

Hadisənin qəhrəmanı isə qatarın maşinisti Sahil Əhmədlidir: “5 saniyə geciksəydim, bədbəxt hadisə baş verəcəkdi. Çox şükür ki, qatar vaxtında dayandı. Yadda saxlamaq lazımdır ki, qatarın qarşısına qəfil çıxarkən tormozlama edilsə də, qatar 1 kilometrə qədər hərəkət edə bilər. Buna görə də vətəndaşlardan, xüsusilə valideynlərdən xahiş edirik ki, dəmir yolu ətrafında ehtiyatlı olsunlar, uşaqları nəzarətsiz buraxmasınlar”.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində ADY-yə məxsus dəmir yollarında piyadaların qəfil qatar qarşısına çıxması nəticəsində 9 insanvurma hadisəsi baş verib. Nəticədə 5 nəfər vəfat edib, 4 nəfər xəsarət alıb.