Bakıda avtomobildə yanğın oldu – VİDEO

Bakıda avtomobildə yanğın olub.

Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb.

Son Yazılar:

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “ZİL” markalı qaldırıcı kranda baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – FHN-dən qeyd edilib.

Yanğın nəticəsində avtomobilin hidravlik nasosu yanıb, maşının böyük hissəsi yanğından mühafizə olunub.