MN rəsmiləri şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşdülər

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.

Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məruzə edilib ki, hərbi qulluqçuların xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə bütün lazımi infrastruktur qurulub və maddi-texniki təminatı normalara uyğun olaraq tam həcmdə həyata keçirilir.

Son Yazılar:

Sonra hərbi qulluqçularla görüşən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan Ordusunda həyata keçirilən tədbirlərdən danışıb.

Hərbi qulluqçularla söhbət zamanı general-polkovnik Z.Həsənov şəxsi heyətin qayğıları ilə maraqlanıb, onların peşəkarlığının, bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.