FHN-in amfibiya tipli təyyarəsi meşə yanğınları ilə mübarizəyə cəlb olundu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə Viral.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyat çərçivəsində təyyarə İzmir-Berqama istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Son Yazılar:

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.