Biləsuvar rayonunda faciəvi hadisə baş verib.
Viral.az xəbər verir ki, rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.