Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Tatarıstan Prezidenti Rüstəm Minnixanovla görüşü zamanı əməkdaşlıq məsələlərini müzakirə edib.
Viral.az bu barədə Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Tatarıstan Prezidenti Rüstəm Minnixanov ölkəyə səfərinə görə ona təşəkkürünü bildirib: “Bu, bizim üçün işgüzar əlaqələrin davam etdirilməsi və Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı çərçivəsində vacibdir”.
Son Yazılar:
Tatarıstan Prezidenti onu da qeyd edib ki, Azərbaycana işgüzar səfəri zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının inkişaf tempinə heyran qalıb.
“Tərəflər birgə layihələri və digər aktual mövzuları müzakirə ediblər”, – məlumatda vurğulanıb.