Paşinyandan Azərbaycanla bağlı növbəti sərsəm İDDİA

“Ermənistan Respublikasının Konstitusiyasında başqa ölkələrin ərazisinə iddia barədə heç nə yoxdur”.

Viral.az xəbər verir ki, bunu “İrəvan dialoqu” forumunun açılışında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bu forumda yenə yalan danışıb və utanmadan Azərbaycan Konstitusiyasında Ermənistan Respublikasına qarşı ərazi iddialarının olduğunu iddia edib.

Son Yazılar:

“Azərbaycanın 1991-ci ildə qəbul etdiyi Konstitusiya Aktı Konstitusiyanın əsasını təşkil edir və burada Ermənistan Respublikasının ərazilərinin Azərbaycan ərazisi hesab edildiyi 1918-ci il Azərbaycan Respublikasının Müstəqillik Bəyannaməsinə istinad yer alıb.

Ancaq qeyd etmək lazımdır ki, biz bunu danışıqların predmetinə çevirmirik”, – deyə o bildirib.