Ermənistan-Azərbaycan sülh prosesində Rusiyanın rolu konstruktivdir.
Viral.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İrəvan Dialoqu” forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycanı danışıqlar masası arxasına gətirən və vasitəçilik prosesini başladan ölkədir: “Bu rolu sonradan ABŞ, Aİ, Fransa və Almaniya kimi digər ölkələr və tərəfdaşlar davam etdirdilər. Amma biz başa düşürük ki, bütün ölkələrin öz maraqları var və bu maraqlar heç də həmişə Ermənistanın və ya Azərbaycanın maraqları ilə üst-üstə düşməli deyil”