Qəzza zolağına səfər etməyi planlaşdıran Fələstin lideri Mahmud Abbas Misir ərazisindən anklava gedə bilər.
Viral.az xəbər verir ki, bu barədə “Ynet” portalı Fələstin Milli Administrasiyasındakı yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.
M.Abbasın Qəzza zolağına səfəri ilə bağlı məsələ onun sentyabrın 26-da BMT-də gözlənilən çıxışından sonra həll ediləcək. Misir Əbu Mazenin (Mahmud Abbas – red.) Rəfah nəzarət-keçid məntəqəsinin Misir hissəsindən Qəzza zolağına daxil olmasına icazə verməyə hazırdır.
Son Yazılar:
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toyu günü 6 saat liftdə qaldı
- “Kilolu olanda mənə “inək” yazanlar indi…”
Xatırladaq ki, M.Abbas avqustun 15-də Türkiyə parlamentinin növbədənkənar iclasında çıxışı zamanı Qəzzaya səfər etmək niyyətini açıqlamışdı.