Qalmaqallı qanun qüvvəyə mindi – “Gürcüstan qalib gəldi”

Gürcüstanda “xarici agentlər” haqqında qanunu qüvvəyə minib.

 

Viral.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deputatların qəbul etdiyi qanunu imzalayıb.

Son Yazılar:

 

“Bu gün mən “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladım. Bu qanunun məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərini kənar müdaxilələrə münasibətdə gücləndirməkdir”, – deyə Papuaşvili brifinqdə bildirib.

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, xarici təsirin şəffaflığı haqqında qanunun qəbul edilməsi nə hakimiyyətin qələbəsi, nə də opponentlərin və beynəlxalq tərəfdaşların məğlubiyyəti hesab edilməlidir, qanunun qəbulu ilə yalnız Gürcüstan qalib gəldi.

 

Hökumət başçısı bildirib ki, indi qanun qüvvədədir və hamı soyuqqanlılıqla, praqmatik hərəkət etməli və lazımsız emosiyaları bir kənara qoymalıdır. Kobaxidze Gürcüstanda qeyri-şəffaf maliyyələşmə əsasında “liberal-faşist” əməllərin törədildiyini, bu ideologiyanın klassik faşizmdən və bolşevizmdən az təhlükəli olmadığını, gürcü mədəniyyəti ilə bir araya sığmadığını əlavə edib.

 

Gürcüstan parlamenti mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yekun oxunuşda təsdiqləyib. Qərar ölkədə keçirilən minlərlə etiraza baxmayaraq qəbul edilib. Mayın 18-də Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyub. Mayın 28-də parlament onun vetosunu ləğv edib. Gürcüstanın 160 QHT və mediası xarici agentlərin reyestrində qeydiyyatdan keçməkdən imtina edib.