MSK Anar İsgəndərovun lider olduğu dairə ilə bağlı qərar verdi

1 sentyabr növbədənkənar parlament seçkilərində 78 saylı Lənkəran kənd seçki dairəsinin əksər seçki məntəqələrində qanun pozuntusu qeydə alınıb.

Viral.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK-nın Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd Əzizov Əzizxan İman oğlu bu şikayətlərlə MSK-ya müraciət edib:

Son Yazılar:

“Səsvermə günü seçki məntəqələrində baş vermiş pozuntularla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə və sənədlərdə uyğunsuzluq aşkarlanıb. 42 saylı məntəqədə çəkildiyi deyilən görüntülərə baxarkən aydın olub ki, belə bir məntəqə olmayıb. Dairənin 29 və 32 saylı seçki məntəqələri istisna olmaqla, digər məntəqələrdə pozuntu aşkarlanmayıb. Ona görə də həmin məntəqələrdə seçkinin nəticələri ləğv edilib”.

MSK üzvü qeyd edib ki, dairədəki 53 seçki məntəqəsindən ikisinin nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

Xatırladaq ki, 78 saylı Lənkəran kənd seçki dairəsindən lider namizəd Anar İsgəndərovdur.