Klod Makelele Yunanıstan klubunu çalışdıracaq

Fransa millisinin və “Real Madrid”in sabiq yarımmüdafiəçisi Klod Makelele Yunanıstanın “Asteras” klubuna rəhbərlik edəcək.

Viral.az xəbər verir ki, 51 yaşlı mütəxəssis klubla anlaşıb və yaxın vaxtlarda rəsmi açıqlama veriləcək. Onun məşqçilər korpusunda Karlo Ançelottinin köməkçisi olmuş Pol Klement yer alacaq.

Klod Makelele həmçinin Fransada PSJ və İngiltərədə isə “Çelsi”də çıxış edib.

Son Yazılar: