Gəncədə 18 yaşlı gənc qadın bıçaqlanıb.
Viral.az xəbər verir ki, şəhər sakini Aygün Əmiraslanova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Son Yazılar:
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB
- Valideynlərin nəzərinə: Noyabrın 25-dən BAŞLAYIR
- Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı
Araşdırma zamanı məlum olub ki, onu keçmiş həyat yoldaşı bıçaqlayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.