Rusiya ilə Ukrayna tərəfinin nümayəndələri arasında aparılan danışıqlar nəticəsində sentyabrın 14-də 103 nəfər əsirin qarşılıqlı mübadiləsi baş tutub.
Viral.az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin humanitar xarakterli vasitəçiliyi ilə Belarus ərazisində baş tutan proses nəticəsində geri qaytarılan Rusiya hərbçilərinin hamısı vaxtilə Kursk ərazisində əsir götürülüb.
Son Yazılar:
- “Anamın borcunu ödəmək üçün çılpaq şəkillər çəkdirib, satdım” – SƏMRA
- Dələduzluğa görə axtarışda olan 15 nəfər SAXLANILDI
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
Həyata keçirilən tədbirlərlə onların ailələri ilə əlaqə yaratmaq istəyi təmin olunub, habelə hər biri psixoloji və tibbi müayinədən keçirilib.
Nazirlik hərbçilərə Rusiya ərazisində lazımi tibbi yardım göstəriləcəyini də açıqlayıb.