Fransa parlamentinin aşağı palatasında “Milli Birlik” fraksiyasının lideri Marin Le Pen hesab edir ki, Fransanın yeni hökuməti təxminən 10 ay işləyəcək, bundan sonra ölkəni yeni növbədənkənar parlament seçkiləri gözləyir.
Viral.az xəbər verir ki, bu barədə xanım siyasətçi tviterdə yazıb.
“10 ay qalıb və mən inanıram ki, bu 10 aydan sonra yaz və ya payızda yeni parlament seçkiləri keçiriləcək. Ümid edək ki, bu səlahiyyət müddəti mümkün qədər qısa olacaq”, – “Milli Birlik” fraksiyasının lideri əlavə edib.
Son Yazılar:
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
- Köklük, piylənmə 13 növ xərçəngi ARTIRIR
Le Pen Fransa prezidenti Emmanuel Makronun Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnieri yeni baş nazir təyin etmək qərarını yenidən tənqid edərək, partiyasının “Milli Birlik”dən daha az səs topladığını qeyd edib.
O, həmçinin vurğulayıb ki, partiyası çoxdandır ki, majoritardan proporsional seçki sisteminə keçidin tərəfdarıdır. Eyni zamanda, Le Pen “Milli Birlik” fraksiyasının “konstruktiv müxalifət” rolunu oynayacağını və ilk növbədə dövlətin maraqlarına diqqət yetirəcəyini vəd edib.