Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 24 saylı Nizami birinci seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.
Viral.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bununla bağlı həmin dairədə qeydə alınmış namizəd Şükürova Ülviyyə Məmməd qızı komissiyaya müraciət edib:
Son Yazılar:
- Komanda stress altında oynamağı bacarmalıdır
- FHN Masazırdakı uçqunla bağlı məlumat YAYDI
- Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq ETDİ
“Namizəd səsvermə günü məntəqələrdə səslərin hesablanmasının düzgün aparılmadığını, seçicilərin seçki hüququnu həyata keçirməsinə zidd halların baş verdiyini iddia edib. Onun müraciəti öncə dairə seçki komissiyası tərəfindən araşdırılıb və əsassız hesab edilib. Qərardan narazı qalan ərizəçi MSK-ya şikayət bildirərək, müvafiq protokol və sənədlər təqdim edib. Səsvermə günü sosial şəbəkələrdə yayılan görüntülər və digər materialların araşdırılması zamanı seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntuları aşkarlanıb. Buna görə də, dairənin 4, 6, 28, 31, 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilir”.
Qeyd edilən seçki məntəqələrində səsvermə nəticələri ləğv edilib və Ülviyyə Şükürovanın müraciəti qismən təmin edilib. Təklif səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, 24 saylı Nizami birinci seçki dairəsində lider namizəd Könül Nurullayevadır.