Azərbaycan Premyer Liqasında VI tura “Sabah” – “Turan Tovuz” matçı ilə yekun vurulub.
Viral.az xəbər verir ki, Bank Respublika Arenada keçirilən görüş 2:2 hesabı ilə bitib.
“Sabah” klubunun heyətində Cesse Sekidika dubla (7, 46) imza atıb. “Turan Tovuz”dan isə Roderik Miller (35) və Ayxan Hüseynov (75) fərqlənib.
Son Yazılar:
- Putin Rusiya – Ukrayna münaqişəsinin həlli üçün əsas şərti AÇIQLADI
- Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşıldı
- Müharibə başa çatır! – Razılaşdılar
Qeyd edək ki, turun digər görüşlərində “Araz-Naxçıvan” “Kəpəz”i, “Şamaxı” “Sumqayıt”ı minimal hesabla (1:0) üstələyib. “Qarabağ” “Səbail” üzərində 2:1 hesablı qələbə qazanıb. “Zirə” isə “Neftçi”dən üstün olub – 2:0.