Pakistana yaxın gələcəkdə ixrac missiyası təşkil olunacaq

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Azərbaycanla Pakistan arasında bu il imzalanan preferensial ticarət Sazişi çərçivəsində Pakistana yaxın gələcəkdə ixrac missiyasının təşkil olunması planlaşdırılır.

Viral.az xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumunda bildirib.

Onun sözlərinə görə, ixrac missiyasının bu ilin sonu və ya 2025-ci ilin əvvəlində reallaşdırılması gözlənilir.

Son Yazılar:

Qeyd edək ki, saziş 2024-cü ilin iyulun 11-də İslamabadda imzalanıb.

Pakistan Azərbaycana B2B formatında görüşlərin keçirilməsini təklif edir. İki ölkə ikitərəfli ticarət və əməkdaşlığın monitorinqini təkmilləşdirmək üçün uzunmüddətli və praktiki mexanizmin yaradılmasının zəruriliyi barədə razılığa gəliblər. Pakistan Azərbaycan şirkətlərini sərmayə qoymağa dəvət edərək, turizm, nəqliyyat, enerji təhlükəsizliyi və müdafiə sahələri daxil olmaqla müxtəlif sektorlarda əməkdaşlığın inkişafını davam etdirilməsinə çağırır.

Pakistan Azərbaycana təqdim etmək üçün 2-3 milyard ABŞ dolları dəyərində investisiya portfeli hazırlayıb.

Bu ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,2 % azalaraq 12,6 milyon ABŞ dolları təşkil edib. Bunun 12,4 milyon ABŞ dolları Pakistan mallarının Azərbaycana idxalı hesabına formalaşıb.