Sentyabrın 15-də Ermənistanın Sünik vilayətinin Sisian rayonunda yerləşən döyüş mövqeyində 2 əsgər bir-birini güllələyib.
Viral.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, hərbçilər arasında mübahisə baş verib: “Hər ikisi çağırışçı əsgərdir, mübahisə edib, sonra bir-birlərinə silah tutublar. Atışma nəticəsində onların hər ikisi yaralanıb. Xəstəxanaya aparılıblar”, – deyə qeyd olunub (unikal.az).