Göygöldə toyda döyülən kişi ölüb.
Viral.az xəbər verir ki, bir neçə gün əvvəl Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində dava zamanı ağır xəsarətlər alan Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada ölüb.
Belə ki, xuliqanlıq zəminində döyülən şəxs ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Son Yazılar:
- İsrail ordusu Hizbullah hədəflərinə kütləvi zərbələr ENDİRİR
- Azərbaycan Prezidenti adından yayılan bu məlumatlar saxtadır
- Bakıda baş verən partlayışda 6 nəfər yaralandı – YENİLƏNİB
Qeyd edək ki, Göygöl RPŞ-nin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, rayon sakin R.Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verdiyi məlum olub.