“Real”la “Yuventus”dan inamlı qələbə – ÇL-də gecənin nəticələri

UEFA Çempionlar Liqasında ilk liqa mərhələsinin oyunları keçirilib.

Viral.az xəbər verir ki, I turun ilk oyun gününə 6 qarşılaşma ilə yekun vurulub.

“Liverpul” (İngiltərə) səfərdə “Milan”a, (İtaliya) “Bavariya” (Almaniya) doğma meydanda “Dinamo”ya (Zaqreb, Xorvatiya) qalib gəlib.

Son Yazılar:

Son çempion “Real Madrid” (İspaniya) “Ştuttqart” (Almaniya), “Sportinq” (Portuqaliya) isə “Lill” (Fransa) üzərində inamlı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, I tur

17 sentyabr

“Yuventus” (İtaliya) – PSV (Niderland) 3:1

“Yanq Boys” (İsveçrə) – “Aston Villa” (İngiltərə) 0:3

“Bavariya” (Almaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 9:2

“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:3

“Real” (Madrid, İspaniya) – “Ştutqart” (Almaniya) 3:1

“Sportinq” (Portuqaliya) – “Lill” (Fransa) 2:0

Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.